• Bakı 29° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

“Müharibəni başladan biz deyilik" - Lukaşenko

DÜNYA

11 Mart 2022 | 16:58 | Müəllif: Subhan Mahmudov

“Müharibəni başladan biz deyilik" - Lukaşenko

"Onlara hücum edən biz deyilik. Biz deyilik".

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

"Ukrayna Silahlı Qüvvələri mən sizinlə iki gün əvvəl sizin evinizdə olarkən atəş açmağa başladılar. Onlar başladılar. Mən sizə indi Belarusa hardan hücum hazırlandığını göstərəcəyəm. Əməliyyatdan altı saat əvvəl mövqelərə, dörd mövqeyə qabaqlayıcı zərbə endirilməsəydi, təlimdə olan Belarus və Rusiya qoşunlarına hücum edərdilər. İndi xəritəni göstərəcəyəm, gətirmişəm. Bu müharibəni biz başlatmamışıq, bizim vicdanımız təmizdir. Yaxşı ki, başlatdılar", - deyə Lukaşenko qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026