• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Murad Arif "Eurovision"dakı bayraq qalmaqalından danışdı  

CƏMİYYƏT

19 May 2021 | 18:45

Murad Arif "Eurovision"dakı bayraq qalmaqalından danışdı

"Eurovision 2021" mahnı müsabiqəsinin birinci yarımfinalı qalmaqalsız ötüşməyib.

Bakivaxti.az musavat.com-a xəbər verir ki, Azərbaycanın finala vəsiqə qazanmasını sevinclə qarşılayan komanda üzvlərindən bayrağımıza qarşı hörmətsizlik edilib. Belə ki, rəqqasələrdən birinin bayrağı ayağının arasına qoyması tamaşaçıların gözündən qaçmayıb. Həmin görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub.

Müğənni Murad Arif məsələ ilə bağlı paylaşım edib. O, "Eurovision" ətrafında yerli çalışanlardan ibarət heyətin yaradılmasını istəyib:

"13 il ərzində, hər il "Eurovision" nömrələrini xaricdən almışıq. O layihələr xaricdə düşünülüb, yazılıb, tərtib olunub. Mahnısı, beki, rəqqası, mətbuat danışmanı, müğənni meneceri, səhnədə müğənniyə su verəni, taksi çağıranı, köynək ütüləyəni... Hamısı əcnəbidir. Ölkə bazamızda "Eurovision" mütəxəssisləri qrupu hazırlamaq kimsənin ağlına gəlmədi. Ya da ki, sərf etmir? Bir-iki əcnəbi kömək etdi, başa saldı, bəs öz bazamız, komandamız olmasın?



Ölkəyə yatırım olardı, studiyalar, rəqs qrupları, bekvokal qrupları yaranardı, müəlliflər formatı anlayar, ona uyğun təkliflər verərdi, gənclər maariflənərdi. Yox, xaricdən olsun. Xaricdən... Hər şey xaricdən... Bu da əcnəbi rəqqasə və bizim bayraq..."


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR