• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

NATO-nun bütün ölkələri razıdır: Rutte baş katib olacaq

DÜNYA

20 Iyun 2024 | 19:10 | Müəllif: Subhan Mahmudov

NATO-nun bütün ölkələri razıdır: Rutte baş katib olacaq

NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın “Politiko” nəşri məlumat yayıb.

Məlumata görə, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq. Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək.

NATO baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR