"NATO Ukraynanı öz ərazisi kimi görür”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.
O, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə ilə bağlı verdiyi açıqlamaların gərginliyi artırdığını bildirib.
Rusiyada həbsxanada dünyasını dəyişən rusiyalı dissident Aleksey Navalnının paytaxt Moskvada keçirilən dəfn mərasimində təşkil edilən nümayişlə bağlı sualı cavablandıran Peskov bunun icazəsiz bir aksiya olduğunu qeyd edib:
"Bu istənilən halda qanuna zidd hərəkət idi. Ona görə də bu aksiyada iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar”.
Günəş Mərd