• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Naxçıvan Qİx-nin funksiyaları SOCAR-a ötürüləcək - SƏRƏNCAM

SİYASƏT

29 Dekabr 2024 | 17:54

Naxçıvan Qİx-nin funksiyaları SOCAR-a ötürüləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin funksiyalarının Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, müvafiq səlahiyyətin ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026