Azərbaycanda avqustun 5-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.
Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, dağlıq rayonlarda 34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.