Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Bakıvaxtı.az bu barədə Report-a istinadla xəbər verir ki, hadisə otən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb. Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub.
Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.