• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

CƏMİYYƏT

31 May 2023 | 16:32

Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəhbərliyinə müvəqqəti təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Baş İdarəsinə rəhbərlik müvəqqəti olaraq DMX-nın Təşkilat-nəzarət baş idarəsinin rəisi 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Anar Xudiyevə həvalə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib. Bu səbəbdən , Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev və xidmət rəisinin müavini, miqrasiya xidməti müşaviri Elnur Məmmədovun vəzifələri ləğv olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamına əsasən isə Naxçıvan Regional Miqrasiya Baş İdarəsi yaradılıb. /APA


SON XƏBƏRLƏR