• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Naxçıvanın bəzi ərazilərində su olmayacaq

CƏMİYYƏT

10 Fevral 2026 | 20:05

Naxçıvanın bəzi ərazilərində su olmayacaq

Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan şəhərinin 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərin müəyyən ünvanlarında içməli suyun verilməsində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.

Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi əvvəlki rejim üzrə bərpa olunacaq.


SON XƏBƏRLƏR