Nərmin Rzayeva Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bu barədə Bakıvaxtı.az-a Universitetin mətbuat xidmətinə istinadla xəbər verir ki. bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Məlumata görə, AzTU-nun rektoru Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Bildirib ki, Nərmin Rzayeva müxtəlif ali məktəblərdə bir sıra vəzifələrdə çalışıb.
Onun həm tədris, həm də ictimaiyyətlə əlaqələr sahəsində kifayət qədər təcrübəsi var.
Bundan əlavə, Nərmin Rzayeva Niderlandın Leiden Universitetində elmmetriya ixtisası üzrə təhsil alıb.
O həmçinin texnika üzrə fəlsəfə doktorudur
















