• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tural Alışanlı həbsdə boğazını kəsdi

CƏMİYYƏT

03 Mart 2023 | 14:35

Tural Alışanlı həbsdə boğazını kəsdi

Həbsdə olan sabiq nazirlik əməkdaşı intihara cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək tutulan Tural Alışanlı həbsinə etiraz olaraq boğazını kəsib.

Belə ki, o, bu gün bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.

Xatırladaq ki, T. Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşıdır. O Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün ev tikintisinə ayrılan vəsaitin 515 min manatını mənimsəməkdə təqsirləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR