• Bakı 23° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

“Keyfiyyətli məhsula önəm vermirlər” - BTE-nin direktoru NƏDƏN NARAZIDIR?

CƏMİYYƏT

10 Sentyabr 2024 | 11:50

“Keyfiyyətli məhsula önəm vermirlər” - BTE-nin direktoru NƏDƏN NARAZIDIR?

“Valideynlər keyfiyyətli məktəbli forması almaqda maraqlı deyil”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında "Bakı Tikiş Evi"nin direktoru Etibar Əzizov bildirib.

E.Əzizov BTE-nin Bakıda 11, bölgələrdə isə 10 mağazası olduğunu nəzərə çatdıraraq qeyd edib ki, təxminən 100 minə yaxın məktəbli forması onlar tərəfindən hazırlansa da, yarısı satılmayıb.

Saxta məktəbli geyimlərinin çoxluğundan şikayətlənən direktor valideynlərin keyfiyyətli məhsula önəm verməməsindən narazı olduğunu diqqətə çatdırıb:

“Valideynlərə əsas pulu maraqlıdır. 2-3 manata köynəklər alırlar. Hansı ki, bir dəfə yuyulduqdan sonra həm rəngi gedir, həm də özü solub nimdaş bir geyim olur”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Oktyabr 2024