• Bakı C

    11.56 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

“Neftçi” Seneqal əsilli ingiltərəli hücumçunu transfer edib

İDMAN

08 Fevral 2025 | 18:51

“Neftçi” Seneqal əsilli ingiltərəli hücumçunu transfer edib

"Neftçi" Seneqal əsilli ingiltərəli hücumçunun transferini açıqlayıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, "ağ-qara"lar Bassala Sambu ilə anlaşıb.

Doqquz nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025-ci illər mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.


SON XƏBƏRLƏR