• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Neftçi" "Zirə"ni darmadağın etdi

İDMAN

17 Aprel 2021 | 23:22

"Neftçi" "Zirə"ni darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Neftçi" "Zirə"ni qəbul edib. "Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 47-ci dəqiqədə çempionatın bombardiri Namik Ələskərov hesabı açıb. 74-cü dəqiqədə Mirabdulla Abbasov 2-ci topu rəqibin qapısından keçirib. Cəmi 3 dəqiqə sonra Ələskərov dubl edib. Bu, onun Premyer Liqada 16-cı qolu olub. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş sonuncu - 2-ci dəqiqədə Stiven Jozef-Monroz qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR