• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

"Neftçi"nin məşqçisi cəzalandırıldı

İDMAN

10 Dekabr 2021 | 18:28 | Müəllif: Subhan Mahmudov

"Neftçi"nin məşqçisi cəzalandırıldı

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatı matçlarında biabırçılıqlar davam edir.

Bakıvaxtı.az apasport.az-a istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarları bir çox rüsvayçılığı ortaya çıxarıb.

Futzal üzrə İkinci Liqanın "Atletiko Baku" - "Baku Fire-3" oyununda birincilərin baş məşqçisi Zaur Səmədov texniki zonadan qovulduqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb.

U-16 Liqasının "Zirə" - "Neftçi" İK İB görüşü bitdikdən sonra isə "Neftçi"nin çalışdırıcısı Şahin Şahhüseynli məşqçiliyə yaraşmayan davranışla diqqət mərkəzinə düşüb. O, referilərin ünvanına təhqir yağdırdığı üçün onun barəsində də eyni cəza tətbiq olunub.

Həmkarlarından geri qalmayan U-11 Liqasında çıxış edən UGİM-in (Xaçmaz) məşqçisi Tural Cəlilov "Metak"la qarşılaşmada hakimi söydüyündən, 3 oyunluq cəzalandırılıb.

Qalmaqallı hadisə Region Liqasından yenə yan ötməyib. "Göyəzən" - "Qoşqar" UGİM-2 (Gəncə) oyununda ev sahiblərinin futbolçusu Anar İmamquliyev hakimi təhqir etməsi səbəbindən komandasının qarşıdakı 4 matçını buraxacaq.

Futzal üzrə Yüksək Liqanın "Alyans" FK - "Neftçi" İK oyununda "Neftçi"nin oyunçusu Adil İsmayılov, Birinci Liqanın "Dəstə Ordubad" - "Alyans Qrup" görüşündə isə "Dəstə Ordubad"ın üzvü Nəriman Dadaşov komanda yoldaşını təhqir edib. Bu, hər iki futzalçının 3 oyunluq diskvalifikasiyasına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR