• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Nəvədən VƏHŞİLİK: nənəsini çəkiclə döyüb öldürdü

DÜNYA

04 Dekabr 2023 | 20:00 | Müəllif: Subhan Mahmudov

Nəvədən VƏHŞİLİK: nənəsini çəkiclə döyüb öldürdü

Moskvada təqaüdçü başından çəkiclə aldığı zərbədən dünyasını dəyişib.

Bakıvaxtı.az bildirir ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi xəbər verir ki, paytaxt sakininin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

İdarədən verilən məlumata görə, "Qələbə" meydanında yerləşən hündürmərtəbəli mənzildə 34 yaşlı kişi çəkiclə 79 yaşlı qohumunun başına xəsarət yetirib. Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.

Müstəntiqlər tezliklə şübhəli şəxsi dindirəcək və cinayətin motivini müəyyən edəcək. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə cinayət işi başlanıb./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026