Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmuş Nikki Heyli builki prezident seçkilərində keçmiş rəqibi Donald Trampa səs verməyi planlaşdırır.
Bakıvaxtı.az "BBC"yə istinadən bildirir ki, bununla bağlı ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli açıqlama verib.
O, Trampın öz hakimiyyəti dövründə mükəmməl olmadığını, lakin prezident Co Baydenin fəlakət olduğunu vurğulayıb:
"Co Bayden Əfqanıstandakı qarşıdurmaya nəzarət edir, Ukraynanın işğalının qarşısının alınması üçün heç bir şey etmir və ən son olaraq İsraili canavarlara təslim edir. Bir seçici olaraq, öz səsimi kapitalizmi və azadlığı dəstəkləyən Trampa verəcəyəm".
Qeyd edək ki, Nikki Heyli martın əvvəlində partiyanın prezidentliyə namizədliyi üçün keçirilən ilkin seçkidə Donald Trampa məğlub olan sonuncu böyük respublikaçı olub.
Gülşən Şərif
















