• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Normal yuxu almamaq bu xəstəliyə səbəb olur

CƏMİYYƏT

24 Fevral 2022 | 07:36 | Müəllif: Qalib İbrahimoğlu

Normal yuxu almamaq bu xəstəliyə səbəb olur

Yuxuda nəinki bədən və beyin dincəlib yenilənir, həmçinin şəfalanır. Ona görə orqanizmin sağalması üçün yuxu vacibdir.

Bakıvaxtı.az medicina.az-a istinadla xəbər verir ki, məşhur həkim Cenna Maççioki öz “İmmunitet elmi haqqında” kitabında yuxunun xəstəliklərə və müalicəyə təsiri barədə yazıb.

Onun sözlərinə görə, sutkada normadan az yatmaq, yuxunun pozulması, gec yatmaq immun sistemi çökdürüb, gələcəkdə həmin insanda onkoloji xəstəliklərə təkan verə bilər.

Bircə gecə yuxusuz qalmaq kifayətdir ki, şiş hüceyrələrinə hücum edən killer hüceyrələrin sayı azalsın.

Kimlər ki, 6 saatdan az yatır, xüsusən gecələr yatmır tez-tez xəstələnir,onlarda ağrı sindromu yüksəkdir, təzyiq, ürək, diabet problemləri olur.

Hər gün 7-8 saat gecə yuxusu almaq lazımdır. Orqanizmin yuxu saatı gecədir. Gündüz yatmaq onu əvəz etmir və immuniteti bərpa etmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026