• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Norveç rusiyalı turistlərə viza VERMƏYƏCƏK

DÜNYA

23 May 2024 | 09:48

Norveç rusiyalı turistlərə viza VERMƏYƏCƏK

Norveç hökuməti ölkəyə turist qismində gəlmək istəyən Rusiya vətəndaşları üçün yeni məhdudiyyətlər tətbiq edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar hökumətin rəsmi internet saytında yerləşdirilib.

    Yeni qərarla ölkəyə turist qismində gələn Rusiya vətəndaşlarına vizaların verilməsi dayandırılır. Bu qərarın həm Norveçin Xarici İşlər Nazirliyi, həm də Şengen ölkələri tərəfindən verilən vizalara şamil ediləcəyi açıqlanıb.

    Sənəddə həmçinin yaxın qohumları və ya ailə üzvləri adı çəkilən ölkənin ərazisində yaşayan, habelə təhsil almaqda olan Rusiya vətəndaşlarına istisnalar da nəzərə alınıb.

    Qərar mayın 29-dan qüvvəyə minəcək

    Hökumətin rəsmi açıqlamasında bunun bilavasitə Rusiya-Ukrayna müharibəsi ilə bağlı olduğu göstərilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR