• Bakı 21° C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Növbəti həftə hava necə olacaq?

CƏMİYYƏT

13 Sentyabr 2024 | 14:38

Növbəti həftə hava necə olacaq?

Növbəti bir həftə ərzində də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, lakin sentyabrın 14-də və 17-də səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də növbəti bir həftə ərzində hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda gecə və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 13-18 isti olacağı ehtimal edilir.


SON XƏBƏRLƏR

17 Sentyabr 2024