• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Növbəti sertifikasiya imtahanları builki kimi ağrılı olmayacaq - Nazir

CƏMİYYƏT

27 Iyun 2024 | 16:07

Növbəti sertifikasiya imtahanları builki kimi ağrılı olmayacaq - Nazir

Növbəti sertifikasiya imtahanlarının builki kimi ağrılı olmayacağını hesab edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, əsas fokuslanmalı məsələ zəif nəticə göstərənlərin üzərində işləməkdir: "Misal olaraq, ən yüksək 60 balı toplayan müəllimlərin növbəti sertifikasiya imtahanında da eyni nəticə göstərməsi üçün çalışmalıyıq. Üç il ardıcıl şəkildə sertifikasiyada iştirak edib uğurlu nəticə göstərən müəllimlər ömürlük sertifikasiyadan azad olunmuş sayılır".

E.Əmrullayev vurğulayıbki, bu il sertifikasiya imtahanları ibtidai sinif müəllimləri üçün humanist yanaşma əsasında tərtib olunmuşdu: "Təbii ki, növbəti illərdə yeni standarlar da hazırlanacaq. Fərqli standartlar olsa da, bugünkü məzmunda elə də ciddi dəyişiklik olmayacaq. Bu gün əsas istəyimiz bütün müəllimlərin sertifikasiya prosesindən keçməsidir".Report


SON XƏBƏRLƏR

29 Iyun 2024