• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Novorossiyskdə rus gəmisinə hücum

DÜNYA

04 Avqust 2023 | 12:27 | Müəllif: Qalib İbrahimoğlu

Novorossiyskdə rus gəmisinə hücum

Ukrayna Təhlükəsizlik Xidməti Novorossiysk körfəzində xüsusi əməliyyat keçirib.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbə verir ki. bu barədə Xidmətdəki mənbə bildirib.

Məlumata görə, qarşı tərədin "Оленегорский горняк" (“Oleneqorski mədənçisi”) iri desant gəmisi zədələnib.

Əməliyyatla bağlı yayımlanan videoda 450 kiloqram trotillə doldurulmuş yerüstü dronunun 100-ə yaxın ekipaj üzvü olan gəmiyə necə hücum edildiyi görünür. Mənbənin sözlərinə görə, xüsusi əməliyyat Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilib.

"Hücum nəticəsində “Oleneqorsk mədənçisi” ciddi çuxura düşüb və hələ də döyüş tapşırığını yerinə yetirə bilmir. Ona görə də rusların "dəf edilmiş hücum”la bağlı bütün açıqlamaları saxtadır", - mənbə bildirib.

Təhlükəsizlik xidmətindəki mənbə xatırladıb ki, bu, xidmətin yerüstü dronlardan istifadə edərək ilk uğurlu xüsusi əməliyyatı deyil. Xüsusilə ötən ilin oktyabrında Sevastopol körfəzində Rusiya Federasiyasının gəmilərinə edilən hücum və bu yaxınlarda Krım körpüsünün dağıdılması da xidmətin işi idi.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026