• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Novruz adətləri: papaq atma, qapı pusma...

CƏMİYYƏT

19 Mart 2024 | 08:39

Novruz adətləri: papaq atma, qapı pusma...

Bu gün Novruzun 4 çərçənbələrindən sonuncusunu - Torpaq çərçənbəsini qeyd edirik.

Bakıvaxtı.az xəbər verir ki, insanlar, xüsusən də gənclər bu çərşənbənin özünəməxsus fəalları olduğu üçün səbirsizliklə gözləyər və onları sınayarlar.

Axşamlar qapılar pusular:

Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa hər şeyin yaxşı olacağı guman edilir. Əksinə, “söndür”, “viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Yumurta axar suyun qırağında gizlədirlər:

Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulumuş yumurtanın axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xət çəkilər - deyərlər.

Suyun içərisinə iki iynə salınar:

Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaq deyərlər.

Alma qabıqlarını başının altını qoyub yatılar:

Axır çərşənbə gecəsində almanın qabıqlarını qırmamaq şərtilə bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla biryerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən - deyərlər.

Qapıya tərəf ayaqqabı tayı atılar:

Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər - deyərlər.

Duzlu kökə yeyilib, yatılar:

Axır çərşənə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər - deyərlər.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

26 Aprel 2024