• Bakı 27° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

“Nurgün Motors” məhkəməlik oldu

CƏMİYYƏT

23 Fevral 2023 | 16:13

“Nurgün Motors” məhkəməlik oldu

“Nissan” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru “Nurgün Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti valyuta tənzimi qaydalarının pozulmasına görə cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı “Nurgün Motors” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi əsasında protokol tərtib olunaraq iş Nəsimi rayon Məhkəməsinə göndərilib.

Məcəllənin bu maddəsində qeyd edilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

İbRa


SON XƏBƏRLƏR

27 Iyun 2025