• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Odessaya hücum - ölənlər var

DÜNYA

06 Mart 2024 | 22:47 | Müəllif: Subhan Mahmudov

Odessaya hücum - ölənlər var

Rusiya silahlı qüvvələri martın 6-da Odessanın liman infrastrukturuna raket hücumu həyata keçirib. Hücum nəticəsində ölənlər var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib.

“Düşmən şəhərin liman infrastrukturuna hücum edib. Beş ölü var”, - D.Pletençuk əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın terror aktı nəticəsində yaralananların sayı hələ də müəyyənləşdirilir. Eyni zamanda, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya hərbi cinayətinin bütün hallarını müəyyən etmək üçün istintaq hərəkətləri həyata keçirirlər.

Xatırladaq ki, Odessaya raket zərbəsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakis Mitsotakis şəhərdə olublar.

Yunanıstan mediası bildirib ki, zərbənin Yunanıstan nümayəndə heyətinin 150 metrliyində yerləşən Prezident Zelenskinin karvanına yönəldiyi iddia edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026