Polis əməkdaşları odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
Bakıvaxtı.az DİN-in mətbuat xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, avqustun 28-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 2 tüfəng, 85 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.















