“Ömrümü oğlum Adilə fəda etmişəm. Bu gün də bundan çox məmnunam”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Düzünə qalsa” verilişinə müsahibəsində deyib.
Müğənni oğlu ilə münasibətlərindən söz salıb:
“Oğlum yanımda atasından başqa heç bir kişi görməyib. İstər rəsmi, istərsə də qeyri-rəsmi... Bu gün isə o, bunu çox yüksək qiymətləndirir və mənə hörmət edir. Mənim üçün həyatda ən önəmli nüanslardan biri atamın, qardaşımın və oğlumun mənə hörmət etməsidir. Bəli, həyatımda elə məqamlar olub ki, mənə ciddi evlilik təklifləri ediblər. Bunu danmıram. Amma mən heç kimə inanmamışam”.
“Düşünürəm ki, əgər mən ikinci dəfə ailə qursaydım…Mən o qədər qürurlu insanam ki, xasiyyətimdə hegamonluq var. Düşünürəm ki, əgər yanımda bir bəy olacaqsa, o, bütün günü mənə hesabat verməli olacaq. Kişilər əslində mənim xasiyyətimdə olurlar. Yanımda olmaq istəyən kişiyə yazığım gələr”, - deyə o əlavə edib.
Ziyafət Əlisoy









jpg-1713270233.webp)






