• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Oğuzun yeni icra başçısı kimdir? - DOSYE

SİYASƏT

16 Iyul 2024 | 15:42

Oğuzun yeni icra başçısı kimdir? - DOSYE

Prezident İlham Əliyev Oğuz rayonuna yeni icra başçısı təyin edib.

Ölkə başçısnın sərəncamı ilə Oğuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Cavid Teyrun oğlu Əbdul-Qədirov gətirilib.

Qeyd edək ki, Cavid Əbdul-Qədirov bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb. 

Bakıvaxtı.az yeni icra başçısının qısa tərcümeyi-halını təqdim edir:

Cavid Teyrun oğlu Əbdul-Qədirov 1984-cü ildə Bakı şəhərində anadan olub.

2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2008-2013-cü illərdə Səhiyyə Nazirliyi-HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Proqramın layihə Əlaqələndirmə Bürosunda maliyyə mütəxəssisi, direktor, 2013-2018-ci illərdə isə “RMDM” ASC-baş direktorun müavini, baş direktor vəzifələrində işləyib.

2018-ci ildə Azərbaycan Respublikaının əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi, 2020-2021-ci illərdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ildən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.  

İngilis, rus dillərini bilir.

Ailəlidir, iki övladı var. /modern.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026