• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Olimpiakos"da "Qarabağ"lla oyundan əvvəl CİDDİ İTKİ

İDMAN

26 Sentyabr 2022 | 16:43

"Olimpiakos"da "Qarabağ"lla oyundan əvvəl CİDDİ İTKİ

"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u ciddi itki ilə üzləşib.

Bakıvaxtı.az  xəbər verir ki, Pirey təmsilçisinin müdafiəçisi Panayotis Retsos sıradan çıxıb.

Almaniyanın "Bayer" (Leverkuzen) klubundan icarəyə götürülən oyunçu əvəzedici komandaya qarşı yoxlama matçında zədələnib.

Ayağından xəsarət alan Yunanıstan millisinin üzvü 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, evdə "köhlən atlar"a qarşı keçiriləcək qrup mərhələsinin III tur görüşünü də buraxacaq.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR