• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ölkədəki faktiki hava AÇIQLANDI

CƏMİYYƏT

07 Aprel 2023 | 10:29

Ölkədəki faktiki hava AÇIQLANDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, aprelin 7-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə dolu düşüb. Proses radar sistemləri ilə müşahidə edilib.

Qar örtüyünün hündürlüyü: Şahdağda 9 sm, Qrızda 2 sm olub.

Yağan yağıntının miqdarı: Qaxda 37.0 mm (aylıq normanın 29%-i), Mingəçevirdə 33.0 mm (aylıq normanın 96%-i), Şəkidə 22.0 mm (aylıq normanın 24%-i), Ağdamda 20.0 mm (aylıq normanın 41%-i), digər rayonlarda düşən yağıntının miqdarı 5.0-11.0 mm olub.

Dolu: aprelin 06-da Oğuz rayonu Başdaşağıl kəndi ərazisinə saat 16:00-16:20 radələrində diametri 12-17 mm, Şəki rayonu ərazisinə xırda dənəli dolu, saat 18:00 radələrində isə Qax rayonunun Cəlayır, Qıpçaq, Üzümlü, Vərəzət kəndlərinə dolu düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026