• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Onlar Ramazanda sərvət qazanacaq

DÜNYA

25 Mart 2025 | 10:25

Onlar Ramazanda sərvət qazanacaq

Ramazan bayramı yaxınlaşdıqca bayramı musiqi və əyləncə ilə keçirmək istəyənlər artıq planlarını qurmağa başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bayramda Türkiyə və Kiprin dörd bir yanında səhnəyə çıxacaq ulduz adlar aldıqları qonorarla diqqət çəkiblər. 

Sənətçilər bir gecə üçün milyonlarla dollarlıq müqavilə imzalayıblar. Ən yüksək qonorarı bayram səhnələri üçün Tarkan alacaq.

Müğənni Bakıda pərəstişkarları ilə görüşəcək. Meqastar bu konsert üçün 1 milyon dollar qazanacaq.

Səhnə şouları və geyimləri ilə diqqət çəkən müğənni Gülşen İstanbul və İzmirdə səhnə alacaq. Sənətçi bayramda ümumilikdə 10 milyon lirə (463 min AZN) qazanacaq.

Bayram günlərində İstanbul və Kiprdə konsertlər verəcək Özcan Dəniz etdiyi razılaşmalarla 6 milyon lirə ( 277 min AZN) qazanacaq. Səhnənin ən diqqət çəkən adlarından olan Hadisə KKTC-də verəcəyi konsertdən 5 milyon lirə (231 min AZN) gəlir əldə edəcək. 

Bülent Ersoy, Yıldız Tilbe və Sibel Can da pərəstişkarları ilə görüşəcək.

Diva, Tilbe və Sibel Can bayramda verdikləri konsertlərə görə 4 milyon lirə (185 min AZN) alacaq.


SON XƏBƏRLƏR

25 Mart 2025