Azərbaycanda idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin aylıq vəzifə maaşı artıb.
Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin aylıq vəzifə maaşı 1230 manatdan 1425 manata çatdırılıb.