• Bakı 20° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

OPEC+ ölkələri neft hasilatı planını saxladı

DÜNYA

04 Dekabr 2022 | 17:35 | Müəllif: Subhan Mahmudov

OPEC+ ölkələri neft hasilatı planını saxladı

OPEC+ ölkələri oktyabrda keçirilən iclasda razılaşdırılmış neft hasilatı planını saxlamağa qərar veriblər ki, bu da hasilatın gündəlik 2 milyon barel azaldılmasını nəzərdə tutur.  

Bakıvaxtı.az xəbər verir ki, OPEC -in saytında dərc olunan yekun kommünikeyə əsasən, alyansın növbəti iclası 4 iyun 2023-cü ildə baş tutacaq. Sənəddə həmçinin qeyd olunur ki, OPEC+ üzvləri tələb və təklif balansını qorumaq üçün bazar konyunkturasına uyğun olaraq istənilən vaxt görüşməyə və lazımi əlavə tədbirlər görməyə hazır olduqlarını təsdiq edirlər.

Daha əvvəl mənbə bildirib ki, OPEC+ nazirləri noyabr ayından hasilatın sutkada 2 milyon barel azaldılmasını nəzərdə tutan cari neft hasilatı planını saxlamağa qərar veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026