Texnologiya şirkəti “Optimal Elektronika” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, Dubayda (BƏƏ) fəaliyyət göstərən “My Shops General Trading LLC” şirkətinin törəməsi “MY SHOPS” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Kommersiya Məhkəməsində “Optimal Elektronika” MMC-yə qarşı iddia qaldırıb.
Kommersiya mübahisəsi hakim Aytən Əliyevanın sədrliyilə araşdırılacaq.
İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.
İşin mahiyyəti və əhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Azərbayanda elektronika məhsulları bazarının əsas oyunçularından biri «Optimal Elektronika» mağazadlar şəbəkəsi Gürcüstanın «Elit elektroniks» şirkətinə satılıb. 2023-cü ilin əvvəlində baş tutan alqı-satqı nəticəsində Gürcüstan şirkəti «Optimal» mağazalarında 65%-paya sahib olub, 35% isə «Optimal Elektroniks»in öz nəzarətində qalıb.
"Optimal Elektronika" 2021-ci ildən başlayaraq filiallarının bir hissəsini bağlayıb, işçilərini ixtisar edib.
Ramid İbrahimov
















