• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Öpüşməyə 2-3 ay fasilə verin" - Həkimdən 5-ci dalğa XƏBƏRDARLIĞI - VİDEO

CƏMİYYƏT

12 Yanvar 2022 | 17:06 | Müəllif: Qalib İbrahimoğlu

"Öpüşməyə 2-3 ay fasilə verin" - Həkimdən 5-ci dalğa XƏBƏRDARLIĞI - VİDEO

"Bütün dünyada yayılan və ölkəmizdə də qeydə alınan koronavirusun "omikron" ştamı bəzi insanlarda qorxu yaratmaqdadır".

Bakıvaxtı.az xəbər verir ki. bunu tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Qaynar TV-yə bildirib.

Onun sözlərinə görə, "omikron"la bağlı əsas qorxu onun daha yoluxdurucu olması ilə bağlıdır. Həkim bildirib ki, əvvəl bir xəstə 10 nəfərin içində birini yoluxdururdusa, indi bu say 3-4 dəfə artacaq.

O, ölkəmizdəki səhiyyə sisteminin bu an üçün vəziyyətə hazır olduğunu, ancaq yoluxmuş aktiv xəstə sayının 50-60 minin üzərində olarsa,  fəlakətlə üzləşə biləcəyimizi bildirib.

"Omikron 5-ci dalğanı başladacaq. Artıq Azərbaycanda buna hazırlaşmalıyıq" deyən Vasif İsmayıl hətta ev daxilində belə öpüşməyə 2-3 ay fasilə verməyi məsləhət görür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026