• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ötən ayın zəhərlənmə statisikası: 5 nəfər ölüb

CƏMİYYƏT

02 Avqust 2024 | 09:15 | Müəllif: Əli Hüseynov

Ötən ayın zəhərlənmə statisikası: 5 nəfər ölüb

2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib.

Bakıvaxtı.az Klinik Tibbi Mərkəzə istinadən xəbər verir ki, Şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, 2-si kimyəvi maddələrdən, 2-si fosfor üzvi birləşmələrdən, 1 nəfər qidadan zəhərlənən şəxslərdir.

Həmçinin 7 nəfər allergik reaksiya, 6 nəfər ilan sancması, 2 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (4 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026