Avqustun 29-da ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakıvaxtı.az bu barədə Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Həmçinin, cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
















