2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.
Bu barədə Bakıvaxtı.az-a DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov bildirib.
Onun sözlərinə görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində M.Sıxəliyev tapılıb.
Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.






jpg-1644235425.webp)









