• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Övladına işgəncə verən ana saxlanıldı

HADİSƏ

05 Mart 2025 | 12:52

Övladına işgəncə verən ana saxlanıldı

Azyaşlı övladına işgəncə verən ana saxlanılıb. 

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib. 

O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb. 

Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub. 

Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.  

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR