Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə Daşkənd havalimanına təcili eniş edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Uzbekistan Airports” şirkətinin mətbuat xidmətindən məlumat yayıb.
Məlumata görə, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Bildirilir ki, 1954-cü il təvəllüdlü qadın insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.