Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı yoxlama, 55 plandankənar yoxlama və 8 araşdırma keçirilib.
Bakıvaxtı.az bu barədə Nazirliyə istinadən xəbər.
Məlumata görə, bu yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar ediən qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib.
Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – “Medicare Klinikası” MMC-də lisenziyadan kənar fəaliyyətinin aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.
















