Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidmətinin dövlətə vergi borcu olan “Nigar Klinikası” MMC-ni məhkəməyə verib. Hazırda iş Bakı Apellyasiya Məhkəməsində hakim Azər Hüseynovun icraatındadır.
Məsələ ilə bağlı “Nigar Klinikası” MMC-dən Bakıvaxtı.az-ın sorğusuna cavab verilib.
"Nigar Klinikası" qeyri-qanuni olaraq İlham Məmmədov və onun bandası tərəfindən 2016 ci ildə zəbt olunub. İlham Məmmədovun klinikanın mülkiyyətində və işlətməsində heç bir ortaqlığı yoxdur. Klinikadakı kompüterler, rəsmi sənədlər və möhürlər oğurlanaraq klinikanın adından vergiye saxta uçotlar verilib. Klinikanın direktoru adından oğurlanmış möhürlərlə saxta imzalar atılıb. Təzəlikcə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 3 ay həbs olunmuşdu. Lakin ev dustaqlığına çıxandan yenidən öz əməllərini davam elətdirir", - deyə “Nigar Klinikası”nda bildirilib.
İbRa
















