• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Özümə dedim ki, kişi ol, xarakter göstər” - Mahir Emreli

İDMAN

20 Aprel 2022 | 16:50

“Özümə dedim ki, kişi ol, xarakter göstər” - Mahir Emreli

Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya mətbuatına müsahibə verib.

Bakıvaxtı.az həmin müsahibəni təqdim edir:

- Son oyunda fanatlar səni alqışladı. Özünü necə hiss etdin?

- Azarkeşlər məni alqışlayanda həqiqətən çox sevindim, özümü əla hiss etdim. Mən həmişə komanda üçün, komanda yoldaşlarım, azarkeşlər üçün əlimdən gələni edirəm. Son iki oyundakı kimi davam etsəm, hər şey yaxşı olacaq. Azarkeşlərin alqışları və vurduğum qollar həqiqətən də gələcək üçün çox böyük motivasiyadır.

- “Riyeka” və “İstra”ya vurduğunuz qollardan sonra özünüzə inam artıb? Yeni qollar gözləyə bilərik?

- Mənim üçün ən vacibi hər oyunda maksimum, yüz faiz gücümü ortaya qoymaqdır. Rəqiblərə qol vurmaq gözəldir. Amma son nəticədə xallar qazanırıq. Məsələn, “Riyeka” ilə görüşdə o qol vacib idi. Daha sonra kapitan Ademi qələb qolunu vurdu, oyunu leyhimizə çevirdik. Ancaq ən gözəli odur ki, biz sonda qalib gəldik, təslim olmadıq, sona qədər mübarizə apardıq, qələbə qazandıq. Bəli, bu, böyük bir “geri dönüş” idi.

- Baş məşqçi Kopiç dedi ki, sən "Hayduk"la matça zədəli çıxmısan...

-  Bu mənim ən pis tərəfimdir. Nə vaxt ağrı hiss edirəm, bu barədə düşünmürəm, oynamaq istəyirəm. Yaxşı olardı ki, o anlarda yanımda mənə “Mahir, dayanmaq vaxtıdır, oynaya bilməzsən” deyəcək bir adam olsun. Özümə dedim ki, kişi ol, xarakter göstər. Yaxşı, bəzən “Hayduk”la o derbidəki kimi axmaqcasına reaksiya verirəm. Xorvatiyanın ən böyük derbisinin keçirildiyini bilirdim, bu oyunun nə demək olduğunu bilirdim, oynamaq istəyirdim. Bu, həqiqətən pis, həqiqətən axmaq qərar idi. Mənim tərəfimdən çox pis qərar oldu, ağrıya qədər axmaqlıq etdim. Həmin oyunda heç nə etməmişəm. Heç kim incidiyimi bilmir, bu barədə məşqçiyə məlumat verməmişəm və azarkeşlərin məni meydançada izləyəndə nə düşündüklərini təsəvvür edə bilirəm. Yəqin elə bildilər ki, mənim xəbərim yoxdur, “Dinamo”nun məni niyə alması ilə maraqlanırdılar. Bu, sadəcə mənim səhvim idi, bir daha təkrarlanmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026