• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Pakistan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

SİYASƏT

28 May 2022 | 19:53

Pakistan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu il biz həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Son üç onillikdə Pakistan ilə Azərbaycan arasında qardaşlıq əlaqələri daha da möhkəmlənib.

Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığımız Sizin müdrik rəhbərliyinizlə bundan sonra da dərinləşəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


SON XƏBƏRLƏR

24 Aprel 2024