• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Pakistanda seçki böhranı: Xan tərəfdarları küçələrdə

DÜNYA

12 Fevral 2024 | 17:20

Pakistanda seçki böhranı: Xan tərəfdarları küçələrdə

Pakistanda seçkilərdə saxtakarlıq iddiasına etiraz edən keçmiş Baş nazir İmran Xanın tərəfdarları magistral yolları bağlayıb.

Bakıvaxtı.azbu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, İmran Xanın minlərlə tərəfdarı və digər siyasi partiyaların üzvləri seçki saxtakarlığı iddialarına etiraz etmək üçün küçələrə axışıb.

Etirazçılar ölkənin cənub-qərbində mühüm magistral yolları bağlayaraq hərəkətə keçiblər.

Cümə axşamı yeni parlamentin seçilməsi üçün səsvermə, seçici saxtakarlığı, mobil telefonların görünməmiş şəkildə bağlanması, Xan və onun partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) xaric edilməsi iddiaları ilə müşayiət olunub.

Seçki qalibləri öz qələbələrini qeyd edərkən, PTI və digər partiyalar onlarla seçki dairəsində məğlubiyyətlərini qəbul etməkdən imtina ediblər. Xanın bir neçə tərəfdarı həftə sonu Lahor şəhərində səslərin saxtalaşdırılmasına etiraz olaraq qısa müddətə saxlanılıb.

Dünən açıqlanan son nəticələrə görə, Xanın dəstəklədiyi namizədlər təxminən iki il əvvəl onu hakimiyyətdən devirmiş siyasi partiyalardan daha çox yer qazanıblar.

Lakin heç bir partiya səs çoxluğu əldə etmədiyi üçün partiyalar koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqlar aparmalı olacaqlar.

Yeni parlament ölkənin növbəti Baş nazirini seçəcək.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Iyul 2024