• Bakı C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət edilməlidir - Rusiya XİN

DÜNYA

21 Yanvar 2025 | 12:06

Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət edilməlidir - Rusiya XİN

Rusiya Tramp və Panama rəhbərliyinin müzakirələr zamanı Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmətlə yanaşcağını gözləyir. 

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

    Onun sözlərinə görə, Rusiya Panama kanalının beynəlxalq hüquqi rejiminin 1977-ci il ABŞ-Panama müqaviləsində aydın şəkildə müəyyən edilməsindən çıxış edir.

    "Tramp və Panama rəhbərliyi müzakirələrdə Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət etməlidir" deyə rusiyalı nazir müavini vurğulayıb.

    Qeyd edək ki, ABŞ-nin yeni prezidenti Donald Tramp Panama kanalının Amerikanın nəzarətinə keçməli olduğunu bəyan edib.


    SON XƏBƏRLƏR