Çin Prezident Donald Trampın ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmasına dair imzaladığı fərmandan sonra təşkilatı dəstəkləyəcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
"Ümumdünya Səhiyyə Təşkilatının rolu yalnız gücləndirilməli, zəiflədilməməlidir," - deyə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib.