• Bakı C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

SİYASƏT

21 Yanvar 2025 | 14:36

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş yanğınla bağlı başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Paylaşımda qeyd edilib:

"Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik". 

Xatırladaq ki, yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

21 Yanvar 2025