• Bakı C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Lavrov: Rusiya bu məsələdə tərəf tutmur

SİYASƏT

21 Yanvar 2025 | 15:15

Lavrov: Rusiya bu məsələdə tərəf tutmur

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində heç kəsin tərəfini tutmur.

Bakıvaxtı.az APA-ya istinadən Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, Moksva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində nə Bakıdan, nə də irəvandan tərəf tutur.

    “Mən başa düşə bilmirəm ki, nəyin əsasında siz Rusiyanın mövqeyinin Azərbaycanla üst-üstə düşdüyü nəticəsinə gəlmisiniz? Sizin sualınızdan belə çıxır ki, Cənubi Qafqaz problematikasında və ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində, biz bir tərəfi tuturuq. Bu, belə deyil. Biz olduqca aktual məsələlərlə, İrəvan-Bakı münasibətlərinin normallaşması məsələsi ilə məşğul oluruq. Biz qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasında dərindən maraqlıyıq. Bizim həm Azərbaycanla, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimiz mövcuddur. Cənubi Qafqazdan uzaqda yerləşən ölkələrdən fərqli olara, biz bunda şəxsən maraqlıyıq. Həmin ölkələr regionda gərginliyi daha uzun müddətə saxlamaq üçün gündəlikləri irəli çəkirlər, ümid edirlər ki, bu gərginliklər çərçivəsində onlar öz geosiyasi maraqlarını daha intensive şəkildə irəli apara biləcəklər. Rusiya İrəvan və Bakının razılığı ilə əldə olunan razılaşmaları rəhbər tutaraq hərəkət edir. Bura sülh müqaviləsi, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri aiddir. Biz İrəvan və Bakı tərəfindən tələb olunan səviyyədə, nə az, nə çox, bu işdə iştirak edirik”, deyə Rusiya XİN başçısı vurğulayıb.


    SON XƏBƏRLƏR

    21 Yanvar 2025