• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paris-2024: Azərbaycan medal sıralamasında 26-cıdır

İDMAN

03 Sentyabr 2024 | 10:06

Paris-2024: Azərbaycan medal sıralamasında 26-cıdır

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 26-cı pillədə qərarlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, yığmanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.

Siyahıya Çin (43 qızıl, 30 gümüş, 14 bürünc) başçılıq edir. Böyük Britaniya (29 qızıl, 15 gümüş, 10 bürünc) ikinci, ABŞ (13 qızıl, 19 bürünc, 10 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026